"Şahdağ” Turizm Mərkəzində tədbir keçiriləcək

"Şahdağ” Turizm Mərkəzində tədbir keçiriləcək

Fevralın 8-də "Şahdağ" Turizm Mərkəzində artıq ikinci dəfədir ki, "Red Bull Shakh Carpet" idman yarışı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, hərfi mənası, "Xalçaların Şahı" olan bu yarışın məzmunu xüsusi geyimli iştirakçıların tramplin və soyuq su ilə dolu hovuz olan dağ enişindən köməkçi vasitədən istifadə edərək aşağı enmədən ibarətdir. Eniş üçün istifadə edilən əsas alət, iştirakçıların xüsusi ilə yarışma üçün hazırladıqları xalça olacaq.

"Şahdağ" Turizm Mərkəzi hər kəsi bu tədbirdə iştirak etməyə dəvət edir və məlumat üçün bildirir ki, qeydiyyatdan keçmək üçün iştirakçılar tərəfindən komandanın kreativ konsepsiyasını və qeyri adi ad fikirləşmək, maraqlı geyim hazırlamaq və xalça ilə sürüşmək üçün alət yaratmaq lazımdır.

Nəzərinizə çatdıraq ki, "Red Bull Shakh Carpet" yarışı ilk dəfə 22 fevral 2014-cü il tarixində keçirilmiş və yarışda 23 komanda iştirak edib.

Qeyd edək ki, mətbuat nümayəndələri üçün tədbir günü "Şahdağ" Turizm Mərkəzinə transfer təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə