"Aybkitab" layihəsinin artıq 5-ci nəşri çapdan çıxıb. Biz həm kitabların təqdimatını, həm də onların yayılmasını təmin edirik. Bizdə ayrı seçkilik yoxdur. Bu layihə yaşlı, orta və gənc nəsli əhatə edir. Bu sözləri müsahibəsində AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza söyləyib.
O deyib ki, dekabrın 17-də Xalq Yazıçısı Anarın "Göz muncuğu" kitabının, dekabrın 23-də "Ən yaxşı şeir" müsabiqəsinin qaliblərinin mükafatlandırılması, dekabrın 25-də isə AYB-in 80 illik yubileyinə həsr edilmiş "80-ci" filminin təqdimatının keçiriləcəyi gözlənilir.
Xəyal Rza rus dilində yeni ayb.ru saytının da istifadəyə veriləcəyini söyləyib.
Qeyd edilib ki, yeni ildən Şəki, Qazax və digər bölgələrdə yaşayıb yaradan qələm adamlarının əsərlərini əhatə edən jurnal və toplular nəşr ediləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB