Gənclərimiz tariximizi bilirmi? MÜNASİBƏT

Gənclərimiz tariximizi bilirmi? MÜNASİBƏT

"Azərbaycan çox zəngin tarixə malik bir ölkədir. Ölkəmiz hər zaman qəhrəman övladları ilə qürur duyur". Bunu SİA-ya açıqlamasına Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədr müavini Nərgiz Xələf bildirib: "Gənclər müstəqillik dövrünü qavradıqdan sonra dahi insanların tarixinə daha yaxından bələd olaraq, onların öz ölkələrinə, millətinə verdiyi töhfələri öyrənməkdə maraqlıdırlar. Sovet dövründə daha çox onlara sərf edən insanların adları çəkilirdi. Ancaq müstəqillik dövründə gənclərimizə Azərbaycanın qəhrəman övladlarının şərəfli tarixi öyrənilir. Əlbəttə ki, gənclərimiz arasında təhsili yüksək səviyyədə yiyələnənlərlə yanaşı, öz zəngin tarixini bilməyən savadsız gənclərimiz də var. Biz Gənclər Təşkilatı olaraq regionlarda keçirdiyimiz layihələr zamanı gənclərimizin öz tarixini nə dərəcədə mənimsəməyi kimi mövzular müzakirə edirik. Bəzi tədbirlərimizdə gənclərimizin maariflənməsi istiqamətində bir çox işlər görürük. Hər kəsə bəllidir ki, artıq ölkəmiz bir çox beynəlxalq layihələrə ev sahibliyi edən məmləkətə çevrilib. Əlbəttə ki, bu zaman gənclərimiz turistlərlə əlaqədə olurlar. Onlar da öz tarixini, milli dəyərlərini təqdimetmə qabiliyyətinə malik olmalıdır. Buna uyğun tədbirlər daha mütəmadi təşkil olunmalıdır. Hesab edirəm ki, bu yönlü işləri Gənclər Təşkilatı daha çox artırmalıdırlar. Vətəndaş cəmiyyətinin əsas funksiyalarından biri də gənclərimizin tarixini, mədəniyyətini dərindən mənimsəməsində onlara kömək etməkdir. Məktəblərdə, təhsil ocaqlarında bu istiqamətdə təbliğatın aparılması vacibdir. Düşünürəm ki, gənclərimiz öz məmləkəti, xalqı qarşısında ən vacib vəzifəsi onun verdiyi töhfədir. Bir sözlə şagirddən, həkimə qədər hər kəs öz funksiyasını yüksək səviyyədə yerinə yetirsə həmin insan vətəndaşlıq borcunu yerinə yetirmiş hesab olunur".

Daha sonra "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycan gənclərinin öz tarixinə, milli dəyərlərinə qiymət verməyi bacardığını söyləyib: "Azərbaycanın təbliği dövlət səviyyəsində layiqincə təmsil olunur. Azərbaycan gəncləri bundan istifadə edərək tariximizin təbliği istiqamətində yaxından iştirak edirlər. Gənclərimizin böyük əksəriyyəti bu prosesin aktiv üzvlərindəndir. Gənclərimiz həm tədris müəssiəsələrində oxuyur və öyrəndiklərini dünyanın müxtəlif ölkələrində təbliğ etməklə məşğul olurlar. Təbii ki, Azərbaycan şanlı və şərəfli tarixə malik ölkədir. Azərbaycan tarixinin görkəmli şəxsiyyətləri var. Müstəqil Azərbaycan tarixinin öyrənilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Onu da deyim ki, bəzi kiçik qruplar tariximizi düzgün qiymətləndirə bilməyib, düzgün nəticə çıxarmaya bilərlər. Bu da çox az qrupu əhatə edir. Ancaq gəncliyimizin böyük əksəriyyəti tariximizi mükəmməl bilir və tariximizə diqqətlə yanaşırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə