“Baxış” adlı yaradıcılıq festivalı keçiriləcək

“Baxış” adlı yaradıcılıq festivalı keçiriləcək

Dekabrın 19-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində ənənəvi "Baxış" adlı yaradıcılıq festivalı keçiriləcək. SİA-nın verdiyi məlumata görə, festivalda həmçinin Zaur Tağıyev, Səkinə Zeynalova, Nadir Cəfərov və başqa gənc rəssamların rəngkarlıq və qrafika növündə əsərləri nümayiş olunacaq.

Festival çərçivəsində tələbələrin "Düşüncə" adlı müxtəlif üslublu əsərlərindən ibarət sərgisi açılacaq. Ziyarətçilər sərgiyə baxmaqla yanaşı, dekorativ tətbiqi sənət əsərləri ilə tanış olmaq fürsəti də qazanacaqlar. Sərgi ərəfəsində Yeni il öncəsi yaradıcılıq yarmarkası də təşkil olunur.

Qeyd edək ki, daha sonra "Seyşel adaları" şirkətinin Seyşel adaları ilə bağlı suvenirləri nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə