Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Ağ ölüm" tamaşasının premyerası keçirilib. SİA-nın verdiyi məlumata görə, tamaşa V.Siqarevin "Şeytan ailəsi" adlı əsəri əsasında səhnələşdirilib.
Tamaşanın mövzusu cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan narkomaniya bəlasıdır.
Gəncləri və yeniyetmələri belə qorxulu bəladan çəkindirmək məqsədilə hazırlanan tamaşada əsas obrazları Əməkdar Artist Nübar Novruzova, aktyorlardan Rəzzaq Məmmədov, Vüsal Mehrəliyev, Zülfiyyə Alhüseynova, Səbinə Məmmədova, Manaf Dadaşov və Anar Seyfullayev canlandırıblar.
Əsəri Azərbaycan dilinə Sərvər Əliyev tərcümə edib. Tamaşanın quruluşçu rejissoru Ayla Osmanova, quruluşçu rəssamı Elşən Sərxanoğludur.
Qeyd edək ki, "Ağ ölüm" tamaşası izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB