“Totalitarizm və avanqard: XX əsrin Avropa incəsənəti baxışında”
"Totalitarizm və avanqard: XX əsrin Avropa incəsənəti baxışında" mövzusunda məruzə dinləniləcək. SİA-nın verdiyi məlumata görə, kulturoloq, publisist və bəstəkar Elmir Mirzəyevin mühazirəsi Birinci Dünya müharibəsinin başlanmasının 100 illiyinə həsr olunub. Yeni tarixin ən vacib və mərkəzi hadisəsi olan bu dəhşətli müharibə ictimai təfəkkürü, o cümlədən mədəniyyət və incəsənəti tamamilə özülündən dəyişmişdi.
İki gün dinləniləcək mühazirə 1914-cü il ən yeni tarixin başlanğıcı və incəsənətdə ən yeni imperativlərin peyda olması, iki dünya müharibəsi arasında, həmçinin İkinci Dünya müharibəsindən sonra – Avropa incəsənəti məsələlərini əhatə edəcək.
Qeyd edək ki, tədbir noyabrın 21-22-də "Kapellhaus" Alman-Azərbaycan Mədəniyyət Birliyində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB