Avstriyada Firəngiz Əlizadənin müəllif-konsertləri təşkil olunub
Avstriyanın Zalsburq şəhərində "West-Östliche Mozaik" Beynəlxalq Musiqi Festivalında Avstriyanın məşhur "ÖENM" ansambılnın iştirakı ilə dünya şöhrətli bəstəkarımız, xalq artisti, professor Firəngiz Əlizadənin müəllif-konsertləri təşkil olunub. SİA-nın verdiyi məlumata görə, konsertlərdə Firəngiz xanımın müxtəlif tərkibli vokal və kamera-instrumental əsərləri ifa edilib.
Almaniyanın Auqsburq şəhərində möhtəşəm "Qızıl Salon"da F. Əlizadənin klarnet və violençel üçün "Duo of accordanse" (İkili vəhdət) adlı yeni əsərinin premyerası baş tutub. Bu əsər görkəmli alman violençel ifaçısı professor Yulius Bergerin 60 illiynə həsr edilib. Yuiley tədbirində Y. Berger və koreyalı klarnet ifaçısı Hyun Yunqun təqdim etdiyi əsər dinləyicilərin sürəkli alqışları ilə qarşılanıb.
Görkəmli bəstəkarımızın yaradıcılığı ilə bağlı daha bir yenilik isə, dekabrın 2-də ABŞ-ın Nyu-York şəhərində məşhur "Lincoln Center"də Firəngiz xanımın "Oazis" simli-kvartetinin ifa olunacağı ilə bağlıdır.
Xatırladaq ki, 1999-ci ildə bəstələnən və ilk dəfə olaraq İrlandiyanın paytaxtı Qlazqo şəhərində səsləndirilmiş "Oazis" əsəri San-Fransiskonun "Kronos" kvartetinin (ABŞ) sifarişi ilə yazılıb və dünyanın müxtəlif ölkələrinin məşhur salonlarında uğurla ifa olunub.
Yeri gəlmişkən, İtaliyanın məşhur "Ricordi" səsyazma firması da "Şərqin sədaları" (Eastern Approaches) adlı yeni diski bu günlərdə musiqisevərlərə təqdim edib. Bu barədə məlumat verən, Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubiley tədbirlərində iştirak etmək üçün İtaliyadan ölkəmizə təşrif buyuran məşhur musiqişünas Elizabet Vilson, sözü gedən diski mətbuat konfransında təqdim edib. Diskdə üç əsər- G.Kançeli, D.Yanovski və F.Əlizadənin əsərləri daxil edilib.
Bundan başqa, F.Əlizadəyə amerikalı virtuoz skripka ifaçısı, meqa-star Hillari Hahn tərəfindən sifariş edilən və artıq bütün dünyada böyük müvəffəqiyyətlə səslənən "İmpulse" əsərinin notları da bu günlərdə Nyu-Yorkun məşhur "Shirmer" nəşriyyatında işıq üzü görüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB