Noyabrın 24-də "Art Villa" qalereyasında Gənclər Şəbəkəsinin təşəbbüsü və "Arts Council Azerbaijan"nın (Azərbaycan İncəsənət Konsulluğu) dəstəyi ilə "Qadın ətri" adlı sərgi açılacaq. SİA-nın Azərtaca istinadən verdiyi məlumata görə, Gənclər Şəbəkəsinin bir illiyinə həsr edilən sərgidə müxtəlif üslubda və texnikada işlənilmiş rəngkarlıq, foto, heykəl, qobelen nümunələri təqdim olunacaq.
Müxtəlif kompozisiyaları birləşdirən "Qadın ətri" mövzusu hər bir əsərdən gözəllik, incəlik duymağa imkan yaradır.
Qeyd edək ki, iki gün davam edəcək sərgiyə giriş pulsuzdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB