Arif Mirzəyevin 70 illiyi qeyd olunacaq

Oktyabrın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında Almaniyada yaşayan həmyerlimiz, tanınmış bəstəkar və orqan ifaçısı Arif Mirzəyevin anadan olmasının 70 illiyinə həsr edilmiş müəllif konserti olacaq. SİA-nın verdiyi xəbərə görə, konsertdə müəllifin bəstələdiyi əsərlərlə yanaşı, Qərb və Azərbaycan bəstəkarlarının əsərləri də səsləndiriləcək. Mərasimdə bir çox məşhurların da iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə