Yeni 2 filmə baxa biləcəksiniz FOTO

Nizami Kino Mərkəzində oktyabrn 9-dan etibarən ABŞ istehsalı olan "Drakula" və "Aleksandr və dəhşətli, dəhşətli, faydasız, çox pis gün" adlı filmlərin nümayişinə başlanıb. SİA-nın verdiyi xəbərə görə, "Drakula" filmini Mett Sazamanın ssenarisi əsasında rejissor Hari Şor, dəhşət, fentezi, döyüş və dram janrında çəkib. Cəsur döyüşçü və ehtiras dolu hökmdar Vlad Drakulanı taleh, hiyləgərliyinin həddi olmayan bir düşmənlə üz üzə qoyur. Bu zaman Drakula insan məxluquna xas olmayan gücü ölməz ruha dəyişməyi qərara alır. Filmdəki rollara Luk Evans, Dominik Kuper, Çarlz Dens, Sara Qadon, Zek MakQoun və başqa aktyorlar çəkilib.

"Aleksandr və dəhşətli, dəhşətli, faydasız, çox pis gün" filmini rejissor Miqel Arteta ailəvi komediya janrında çəkib. Filmin qəhrəmanı Aleksandr üçün səhər çox pis açılır. Axşam ağzında olan saqqızı saçlarına dolaşmış tapır. Yatağından qalxarkən skeytbord ayağına ilişir, köynəyini suya salır. Bütün bunlar günün ağır keçəcəyinə işarə edir. Bəs belə günlərdə nə etmək? Bəlkə Avstraliyaya səyahət barədə düşüncələrə qapılmaq, yoxsa ki, günü ağır keçirən tək sən olmadığını aşkarlamaq. Filmdə, baş rolları Stiv Karell, Cennifer Qarner, Bella Torn, Bern Qorman, Cennifer Xulic, Kerris Dorsi, Eliz Varqas, Sidni Fullmer və başqa aktyorlar canlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə