Oktyabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində əməkdar rəssam Arif Ələsgərovun 70 illik yubileyi münasibətilə sərgisi açılacaq. SİA-nın verdiyi xəbərə görə, sərgi Mədəniyyət və Turizm Nazirliyinin, Milli İncəsənət Muzeyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə təşkil olunacaq.
Qeyd edək ki, Arif Ələsgərov Ə.Əzimzadə adına rəssamlıq məktəbində və V.İ.Muxina adına Sankt-Peterburq Ali Bədii-Sənaye Akademiyasında təhsil alıb. 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Respublika və beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində, Polşada, Macarıstanda, Yaponiyada şəxsi kolleksiyalarda saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB