"Qobustan kölgələri"

Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Qobustan Milli Tarix-Bədii Qoruğunun tanıdılması məqsədilə Fransada keçirilən Qobustan Həftəsi çərçivəsində Strasburq şəhərində "Qobustan kölgələri" baleti nümayiş etdirilib və sərgi təşkil olunub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. "Qobustan kölgələri" baletinin nümayişindən əvvəl açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edib.

Qeyd edək ki, böyük Azərbaycan bəstəkarı Fərəc Qarayevin müəllifi olduğu "Qobustan kölgələri" baleti müasir azərbaycanlıların ulu əcdadlarının min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunələrinin musiqi vasitəsilə tanıdılması məqsədi daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə