Ənənəvi olaraq hər il olduğun kimi bu il də Milli Musiqi Günü təntənəli şəkildə qeyd olunacaq. SİA-nın verdiyi xəbərə görə, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Marionet Teatrı bayram tədbirinə dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası ilə qatılacaq. Sentyabrın 18, 19 və 20-də "Arşın mal alan" operettası Şüvəlan qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbində Marionet Teatrının quruluşunda tamaşaya qoyulacaq. Tamaşanın rejissoru, Marionet Teatrının yaradıcısı Tərlan Qorçudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB