Yeni filmlərin nümayişi başlanır FOTO

Yeni filmlərin nümayişi başlanır FOTO

Nizami Kino Mərkəzində iki yeni filmin nümayişinə start verilib. SİA-nın verdiyi məlumata görə, sentyabrın 11 –dən etibarən Nizami Kino Mərkəzində Amerika istehsalı olan "Lyusi " və "Ədviyyələr və ehtiraslar" filmlərinin nümaişi başlanır.

Rejissor Lasse Hallstryomun dram janrında çəkdiyi "Ədviyyələr və ehtiraslar" filmi Fransaya köçmüş və orada fransız restoranı ilə üzbəüz yeməkxana açan bir hindli ailəsinin hekayəsindən bəhs edir.

Filmdə rollara Helen Mirren, Şarlotta Le Bon, Maniş Dayal, Roen Çand, Cuxi Çavla və başqa aktyorlar çəkilib.

Həmçinin, həmin gündən etibarən rejissor Lyuk Bessonun döyüş janrında çəkdiyi "Lyusi" filminin nümayişi başlanır. Filmin mövzusu: "Hələ dünən o, qəşəng seksual sarışın qadın idi, bu gün isə - fövqəltəbii bacarıq və ağlı ilə planetin ən təhlükəli və məhvedici vücududur. Dünyanın ən yaxşı alimləri bunu inanılmaz nəzəriyyə sayarkən o gerçəklik oldu. Lyusi, qurbandan ovçuya çevrildi".

Filmin sloqanı: "O – kainatın bütün sirrlərinin açarıdır".

Filmdə baş qəhrəman obrazını Skarlett Yoxansson canlandırıb. Rollara aktyorlar Morqan Friman, Anali Tipton, Çxve Min Sik, Amr Vakid, Meyson LiPol Çan və başqaları çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə