Göygöl rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən görkəmli nasir və dramaturq, xalq yazıçısı, "Şöhrət" ordenli İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunmuş "Ədəbiyyatın əbədiyaşarlıq ünvanı" adlı tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, şöbə müdiri Şərqiyə Hümbətova ədibin həyat və yaradıcılığı haqqında qısa məlumat vərərək tədbiri açıq elan edib. Sonra İlyas Əfəndiyevin keçdiyi həyat yolu və yaradıcılığndan bəhs edən video- çarx tamaşaçılara nümayiş olunub. Tədbirdə Göygöl rayon Mədəniyyət Mərkəzinin "Xalq" dram dərnəyinin və "Bahar" rəqs qrupunun, ədibin əsəri əsasında səhnələşdirilmiş dram səhnəsinin bir hissəsi və "Nərgiz" xalq kollektivinin musiqi nömrələri tamaşaçılara təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB