Belarus Milli Elmlər Akademiyasının Tarix İnstitutunun böyük elmi işçisi, arxeoloq, tarix elmləri namizədi Mixail Loşenkov müəllifi olduğu "Qorodişa Miloqradskoy kulturı na territorii Belarusi" ("Belarus ərazisində Miloqrad mədəniyyətinə aid şəhər yerləri") adlı kitabını Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına hədiyyə edib.
Mərkəzi Elmi Kitabxanadan bildiriblər ki, kitabda Miloqrad mədəniyyətinin əhatə etdiyi ərazilər, həmin dövrə aid arxeoloji abidələr, əmək alətləri, bəzək əşyaları, gül qabları, həmçinin əkinçilik, ovçuluq, balıqçılıq, metallurgiya sahələrindən əhatəli şəkildə bəhs olunur. Belarus xalqının tarixi problemlərinin tədqiqinə həsr edilmiş araşdırmalar kitabda öz əksini tapıb. Hər bölmə üzrə materiallar tarixilik baxımından diqqət çəkir.
Kitab təkcə mütəxəssislər üçün deyil, həm də Belarus tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB