Azərbaycan daha bir alimi itirdi. SİA-nın xəbərinə görə, bu gün səhər saatlarında Azərbaycan Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu uzun sürən xəstəlikdən sonra vəfat edib.
Xatırladaq ki, A.Əmrahoğlu 1954-cü ildə Gürcüstanda doğulub. Ədəbi fəaliyyətə erkən başlayıb. İlk mətbu hekayəsi "Axali Marneuli" qəzetinin 8 mart 1974-cü il tarixli sayında dərc olunub. Klassik və müasir Azərbaycan nəsrinin bədii axtarışları, sənətkarlıq məsələləri ilə ardıcıl məşğul olur. "Klassik Azərbaycan nəsrində təhkiyə məsələləri (XIX əsrin ikinci yarısı)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Onun ədəbi-tənqidi, elmi məqalələrində bədii ədəbiyyatın poetik özünəməxsusluğunun, təhkiyə probleminin tədqiqi başlıca yer tutur.M.F.Axundovun "Seçilmiş əsərləri"ni tərtib edib Moskvada rus dilində, A.P.Çexovun üçcildlik "Seçilmiş əsərləri"ni, dünya xalqlarının mif və əfsanələrini Azərbaycan dilində çap etdirib. Bədii tərcümə ilə ardıcıl məşğul olub. Bir çox əsərlərin müəllifidir.
Allah rəhmət eləsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB