Miladi: 16 iyul 2014
Hicri: 18 Ramazan 1435
İlin 197-ci günü
İlin sonuna 168 gün qalır
Bu günün namaz vaxtları
Fəcr – 04:50
Günəş – 06:24
Zöhr – 13:46
Əsr – 18:27
Məğrib – 21:25
İşa – 23:07
919-cu ildə Ərdəbil yaxınlığında döyüş olub.
1394-cü ildə Fransa kralı VI Çarlz yəhudilərin Fransadan qovulması əmrini verdi.
1804 - Birinci Rusiya-İran müharibəsi (1804-1813) başlanıb. Müharibənin ilkin nəticəsi olaraq imzalanan Kürəkçay müqaviləsinə (1805-ci il) əsasən, Azərbaycanın Qarabağ və Şəki xanlıqları Rusiyaya ilhaq edilib.
1826-cı ildə İkinci Rusiya-İran müharibəsi başlayıb.
1872-ci ildə Roald Amundsen anadan olub.
1913-cü ildə xalq artisti, müğənni Mirzə Babayev anadan olub.
1964-cü ildə dicey Vendi Uilyams anadan olub.
1966-cı ildə türk müğənni Yıldız Tilbə anadan olub.
1967-ci ildə aktyor Uill Ferrel anadan olub.
1968-ci ildə artist Leonid Aqutin anadan olub.
1989 - Bakıda yarımgizli şəraitdə Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı keçirilib. Bu, Azərbaycanda Qarabağ hadisələri ilə başlanan milli xalq hərəkatının qismən təşkilatlanması
idi. Əbülfəz Elçibəy AXC-nin sədri seçilib. AXC-nin 16 nəfərdən ibarət İdarə Heyətinə isə kifayət qədər fərqli baxışlı şəxslər seçilmişdi və tezliklə təşkilatda parçalanmalar başlanıb.
1999 - İsveçrənin Cenevrə şəhərindəki Cato qəsrində Azərbaycan və Ermənistan prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında görüş keçirilib. Bu görüşlə yüksək səviyyəli Qarabağ danışıqları intensiv mərhələyə qədəm qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB