“Həsən bəy Zərdabi irsi: kəşməkəşli həyat yolu”

“Həsən bəy Zərdabi irsi: kəşməkəşli həyat yolu”

İyulun 15-də Beynəlxalq Mətbuat Mərkəzində aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, zərdabişünas alim Eldəniz Həsənovun "Həsən bəy Zərdabi irsi: kəşməkəşli həyat yolu" adlı monoqrafiyası təqdim olunacaq. SİA-nın məlumatına görə, monoqrafiya Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyinə həsr edilib.

"Kaspi" qəzetinin, Azərbaycan Mətbuat Şurasının və Beynəlxalq Mətbuat Mərkəzinin birgə təşəbbüsü ilə keçiriləcək tədbirdə dövlət rəsmilərinin, ölkənin tanınmış alim və ziyalılarının, kütləvi informasiya vasitələri rəhbərlərinin, Zərdabi nəslinin Azərbaycanda və xarici ölkələrdə yaşayan nümayəndələrinin iştirakı nəzərdə tutulur

Bütün xəbərlər Facebook səhifəmizdə