"Baku Creative Center"in təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və "Nar Mobile" mobil operatorunun baş sponsorluğu ilə həyata keçirilən "Azerbaijan Art Festival - 2014" layihəsi çərçivəsində Lənkəran Dövlət Rəsm Qalereyasında müasir incəsənət sərgiləri və gənc rəssamların ustad dərsləri təşkil edilib. SİA-nın məlumatına görə, sərginin məqsədi bölgələrdə sənətkarlığı təbliğ və inkişaf etdirmək, bu sahədə gənc istedadlara lazımı köməklik göstərməkdir.
Qeyd edək ki, iki gün davam edən tədbirdə Lənkəran Uşaq Rəssamlıq Məktəbinin şagirdləri və rəsm dərnəklərinin üzvləri üçün ustad dərsləri keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB