Əbülfəs Qarayev Xorvatiyada rəsmi səfərdədir

Əbülfəs Qarayev Xorvatiyada rəsmi səfərdədir

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2014-cü ilin 10 -11 iyul tarixində Xorvatiyada təşkil ediləcək "65-ci Dubrovnik yay Festivalında və Xorvatiya Forumunda iştirak etmək məqsədilə Xorvatiya Respublikasında rəsmi səfərdədir. SİA-nın məlumatına görə, nazir Əbülfəs Qarayev ilə Xorvatiyanın mədəniyyət naziri Andrea Zlatar Violiç arasında görüş keçirilib, iki ölkə arasında mədəniyyət sahəsində Əməkdaşlıq Proqramı imzalanıb. Proqram çərçivəsində iki ölkə arasında mədəniyyət və incəsənət, kitabxana, əsərlərin tərcüməsi sahələrində əməkdaşlığa dair razılıq əldə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə