Masallının "Halay" ansamblı Macarıstanda çıxış edəcək

Masallının "Halay" ansamblı Macarıstanda çıxış edəcək

İyulun 2-dən 6-dək Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalı keçiriləcək. SİA-nın məlumatına görə, 10-dan çox ölkənin qatılacağı festivala bu il Azərbaycan fəxri qonaq statusunda dəvət alıb. Ölkəmizi bu populyar mədəniyyət bayramında Masallı rayonunun məşhur "Halay" rəqs qrupu və xalq çalğı alətləri ansamblı təmsil edəcək.

Qeyd edək ki, Dunay festivalı çərçivəsində canlı musiqinin müşayiəti ilə Azərbaycan rəqslərinin nümayişi, folklor nümunələrinin təqdimatı, ayrıca Azərbaycan musiqisi gecəsinin təşkili nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə