Almaniyanın Muehlaker şəhərində keçirilmiş "Baden-Vürtemberqdə musiqili atəşfəşanlıq" adlı IV Beynəlxalq müsabiqədə Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin X sinif şagirdi, Prezident təqaüdçüsü Atabala Manafzadə böyük uğur qazanıb. SİA-nın verdiyi məlumata görə, Almaniya, Azərbaycan, İtaliya, Qazaxıstan, Moldova, Niderland, Rusiya, Türkiyədən iştirakçıların qatıldığı tədbirdə A.Manafzadə münsiflər heyətinin qərarına əsasən müsabiqənin ən yüksək mükafatına - Qran Pri mükafatına layiq görülüb. A.Manafzadənin müəllimi respublikanın əməkdar müəllimi Kamilla Əmirovanın işi xüsusi olaraq qeyd edilmiş və o, Diplomla təltif edilib.
Qeyd edək ki, müsabiqədə Azərbaycanı təmsil edən daha iki iştirakçı - Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Elçin Məmmədov və Mədinə Ağayeva müvafiq olaraq I və II dərəcəli Diplomlara layiq görülərək müsabiqənin laureatı olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB