Bu gün Beynəlxalq Mətbuat Mərkəzində gənc şairə Cəmilə Vasifqızının "Rəbbim, bağışla bizi" adlı ilk kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, kinorejissor, ssenarist və aktyor Şeyx Əbdül Mahmudov, Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov, media nümayəndələri və başqaları iştrak ediblər.
Tədbiri giriş sözü ilə gənc yazar və mərasimi idarə edən Günel Gün açaraq Cəmilə Vasifqızının kitabı haqda məlumat verib.
Cəmilə Vasifqızı da "Rəbbim, bağışla bizi" adlı kitabı oxucularla ilk görüşü olduğunu söyləyib. Cəmilə Vasifqızı bildirib ki, kitaba toplanmış lirik şeirlər, həyat təəssüratlarını onun daim narahat ruhuna ehtiva edir. Belə ki, gənc şairənin kitabında toplanmış ilk yazılar ən əsas Tanrı ilə təmasa yönəlib.
Daha sonra Baba Vəziroğlu, Şeyx Əbdül Mahmudov, Təhmasib Novruzov çıxış edərək səbəbkarı yeni kitabı münasibəti ilə təbrik ediblər. Bildiriblər ki, bu kitab Cəmilə xanımın ilk kitabı olmasına baxmayaraq çox uğurlu işdir. Həmçinin səbəbkarın bundan sonra da yeni şeirlərlə birgə, poemalar da yazmağı arzulayıblar.
Nəzərinizə çatdıraq ki, Cəmilə Vasifqızının "Rəbbim, bağışla bizi" kitabına daxil olan şeirlərdən bəziləri ifaçılar tərəfindən də səsləndiriləcək. Belə ki, jurnalist və müğənni Vüqar Kamiloğlu da sözügedən kitabdan bəzi şeirlərə bəstənmiş mahnını oxuyacağını diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB