Avstriyanın nüfuzlu jurnalında Mirzə Şəfi Vazehin yaradıcılığı ilə bağlı məqalə dərc olunub
Görkəmli ədib, şair və mütəfəkkir Mirzə Şəfi Vazehin 220 illik yubileyi ölkə miqyasında geniş qeyd olunur. SİA-nın məlumatına görə, tədbirlər çərçivəsində bu dəyərli şəxsiyyətin irsinin elmi cəhətdən tədqiqi ilə bağlı yeni əsərlərin nəşr edilməsi sahəsində silsilə araşdırmalar davam etdirilir. M.Ş.Vazehin yubileyi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin doktorantı Elnur Həsənovun Avstriyanın nüfuzlu beynəlxalq nəşri olan "Österreichische Zeitschrift für Geistes und Sozialwissenschaften" jurnalında alman dilində məqaləsi dərc olunub.
Elmi məqalədə ilk dəfə olaraq, bu görkəmli şəxsiyyətin yaşayıb-yaratdığı tarixi mərhələdə Gəncənin tarixi-etnoqrafik və elmi-mədəni mühitinin indiyədək tədqiq olunmamış bir sıra vacib faktları öz əksini tapıb. Həmçinin, bu dövrdə Gəncə şəhərində ənənəvi sənətkarlıq sahələrinin tərəqqisinin mühüm göstəriciləri elmi dəlillər əsasında şərh olunub.
Qeyd edək ki, məqalədə Vazeh irsinin Avropada tədqiqinə dair elmi ictimaiyyət üçün maraq doğuran məlumatlar da yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB