Dilarə Kazımova finala vəsiqə qazandı FOTOLAR

Dilarə Kazımova finala vəsiqə qazandı FOTOLAR

Azərbaycanı "Eurovision-2014" mahnı müsabiqəsində təmsil edən Dilarə Kazımova bu mötəbər yarışmanın finalına vəsiqə qazanıb. SİA-nın məlumatına görə, təmsilçimiz "Start a Fire" mahnısı ilə çıxış edib.

Azərbaycan təmsilçisi geyimindən tutmuş səhnə tərtibatına qədər mükəmməl performans nümayiş etdirib. O, havada hərəkət edən qadın gimnast və arxada ifa edən üç ifaçı ilə səhnəyə çıxıb. "Eurovision" mahnı müsabiqəsinin tarixində ilk dəfədir ki, havada gimnast hərəkət nümayiş etdirir.

Dilarə Kazımovanın səhnə performansının quruluşçu rejissoru isveçli rejissor və xoreoqraf Osa Enqmandır. Səhnə quruluşu yapon əsilli polşalı xoreoqraf Petr Torazava Giroya məxsusdur.

Nəzərinizə çatdıraq ki, birinci yarımfinalda Ermənistan, Latviya, Estoniya, İsveç, İslandiya Albaniya, Rusiya, Azərbaycan, Ukrayna, Belçika, Moldova, San-Marino, Portuqaliya, Hollandiya, Monteneqro, Macarıstan təmsilçiləri səhnəyə çıxıblar. Çıxışlardan sonra 15 dəqiqəlik səsvermə keçirilib.

Qeyd edək ki, "Eurovision-2014"ün finalı mayın 10-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə