“Lermontov və musiqi” adlı ədəbi-bədii gecə keçiriləcək

“Lermontov və musiqi” adlı ədəbi-bədii gecə keçiriləcək

Görkəmli rus şairi, yazıçı və dramaturqu M.Y.Lermontovun anadan olmasinin 200 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirəcək. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alla Bayramovanın, Bakı Slavyan Universitetinin dosenti, filologiya elmləri namizədi İ.Şipulinayaını çixışları dinləniləcək, M.Y.Lermontovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriləcək və şeirləri söyləniləcək. Tədbirdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti Fəridə Məmmədova, Azərbaycan Dövlət Opera və Balet Teatrının və Dövlət Musiqlii Teatrının solisti Firuz Məmmədov, Bakı Musiqi Akademiyasının müəllimi Lalə Sadıxova M.Y.Lermontovun əsərlərinə bəstələnmiş operalardan fraqmentlər və mahnılar ifa edəcəklər. Muzeyin foyesində M.Y.Lermontovun əsərlərini bəstəkarların yaradıcılığında əks etdirən muzey materiallarından hazırlanmış sərgi nümayiş ediləcək. Tədbirdə musiqi ictimaiyyətinin, səfirliklərin əməkdaşları, rus icmasının üzvləri, Bakı Slavyan Universitetinin müəllimləri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələrinin iştitakı nəzərdə tutulub.

Qeyd edək ki, tədbir mayın 5-i, saat 18:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Niyazinin Mənzil Muzeyində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə