Tofiq Əhmədovun 90 illik yubileyi keçiriləcək

Tofiq Əhmədovun 90 illik yubileyi keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2014-cü ildə xalq artisti, musiqi sənətinin tanınmış nümayəndəsi Tofiq Qəzənfər oğlu Əhmədovun (1934-1981) anadan olmasının 90 illiyinə həsr olunmuş tədbirlərin keçirilməsi planlaşdırılıb. SİA-nın məlumatına görə, bu tədbirlər sırasında uşaq musiqi və incəsənət məktəblərində Tofiq Əhmədovun 90 illiyinə həsr olunmuş gecələrin, konsertlərin keçirilməsi də nəzərdə tutulub. Ömrünü estrada musiqisi ifaçılığına həsr edən, bir neçə gənc nəsli yetişdirən dirijor və bəstəkar Tofiq Əhmədov öz sənəti ilə adını Azərbaycan musiqisi tarixinə əbədi yazıb.

Qeyd edək ki, sənətkarın 90 illiyinə həsr olunmuş ilk tədbir 2014-cü il aprelin 23-də Heydər Əliyev Sarayında keçiriləcək yubiley gecəsi olacaq. Gecədə Azərbaycan Televiziya və Radio Verilişləri Səhmdar Cəmiyyətinin estrada-simfonik orkestrinin, tanınmış ifaçıların, musiqiçilərin iştirakı nəzərdə tutulub. Tədbirdə sənətkara həsr olunmuş videokadrlar nümayiş etdiriləcək, Sarayın foyesində Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən hazırlanmış foto-sərgi nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə