Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun təşkilatçılığı ilə akademiyanın Əlyazmalar İnstitutunda "Kitabi-Dədə Qorqud"un 1300 illik beynəlxalq yubiley tədbirinin ildönümü və Qorqudşünaslığın 200 illiyi münasibətilə "Dədə Qorqud Günü" keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Tofiq Hacıyev, professor Əzizxan Tanrıverdiyev və başqaları iştirak ediblər.
Tədbirdə çıxış edən Folklor İnstitutunun direktoru, filologiya üzrə elmlər doktoru Muxtar İmanov tədbirin əhəmiyyətindən, Qorqudşünaslığın 200 illiyi münasibətilə görülməsi nəzərdə tutulan işlərdən danışıb: "Qorqudşünaslığa həsr olunan kitablar haqqında bu günədək Azərbaycan alimləri bu sahədə təqdirəlayiq elmi əsərlər nəşr etdiriblər".
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Tofiq Hacıyev "Kitabi-Dədə Qorqud" dastanının dünyada təbliği istiqamətində dövlət səviyyəsində görülən işlərdən, dastanın dünya səviyyəsində tanıdılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərdən söz açıb.
Tədbirdə professor Əzizxan Tanrıverdiyev "Kitabi-Dədə Qorqud"dakı bəzi sözlərin transkripsiyası və semantikası barədə", filologiya üzrə fəlsəfə doktoru Xəliyyədin Xəlilli "Dədə Qorqud oğuznamələrinə dövlətçilik terminləri necə daxil edilmişdir" mövzularında məruzələrlə çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB