“Startup” sərgisi açılacaq

Bakıda ilk dəfə "Startup" sərgisi açılacaq. SİA-nın məlumatına görə, sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə baş tutur.

Tədbirin məqsədi son illərdə yaradılmış gənc startupçıların hərtərəfli təbliğatının aparılmasıdır.
Sərgidə iştirak edəcək gənc startupçılara həm kooperativ əlaqələr yaratmaq, həm yeni müştəriləri cəlb etmək, həm də digər startupçılarla təcrübə mübadiləsi aparmaq imkanı yaradılacaq.

Qeyd edək ki, iyunda keçirilməsi nəzərdə tutulan tədbirdə yerli startupçılarla yanaşı, xarici startupçıların da iştirakı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə