“Bizim teatr” Beynəlxalq teatr festivalının açılış mərasimi baş tutub

“Bizim teatr” Beynəlxalq teatr festivalının açılış mərasimi baş tutub

Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi və Bakı Uşaq Teatrının təşəbbüsü ilə "Bizim teatr" Beynəlxalq teatr festivalının açılış mərasimi baş tutub. SİA-nın məlumtına görə, festivalda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan və İranın teatr kollektivləri də iştirak edirlər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, festivalın məqsədi hər bir aktyorun diqqət mərkəzində olmasına şərait yaratmaq, onlara öz bacarıqlarını nümayiş etdirmək üçün meydan vermək, ölkədə festival ənənəsinin genişlənməsinə vasitəçi olmaqdır.

Qeyd edək ki, martın 29-dək davam edəcək festivalın bütün tamaşaları Azərbaycan Teatr Xadimləri İttifaqının tamaşa zalında və foyesində təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə