Baharın gəlişi respublikamızın bütün bölgələrində olduğu kimi, Beyləqan rayonunda da böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qeyd olunub. SİA-nın məlumatına görə, Beyləqan şəhərindəki Bayraq meydanında Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib. Bayramsayağı bəzədilmiş meydanda tonqal qalanmış, alaçıqlar qurulub. Rayonun ayrı-ayrı kəndlərini təmsil edən guşələrdə milli adətlərimiz, folklorumuz, şirniyyatlar, qədim məişət əşyaları nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər beyləqanlıları əziz bayram münasibətilə təbrik etmiş, onlara əmin-amanlıq, süfrələrinə ruzi-bərəkət arzulayıblar.
Bayramın əsas personajlarından olan Kosa və Keçəlin məzhəkələri, Dədə Qorqudun və Bahar qızın çıxışları yaddaqalan olub.
Qeyd edək ki, bayram tədbirində gənc idmançılar, kəndirbazlar məharətlərini göstərmiş, rayon mədəniyyət və turizm şöbəsinin "Mil" xalq çalğı alətləri ansamblının ifasında rəngarəng konsert proqramı tamaşaçılara xoş ovqat bəxş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB