19-23 mart tarixlərində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi tələbələrinin "Açıq qapı" adlı ikinci hesabat sərgisi təşkil olunacaq. SİA-nın məlumatına görə, sərginin açılış mərasimi mart ayının 19-da saat 18:00-da İçərişəhər, Böyük Qala küçəsi 19 ünvanında keçiriləcək.
Sərgidə batika, keramika, zərgərlik və taxta üzərində işlər nümayiş olunacaq. Sözügüdən sərgidə keramika işlərində bu dəfə daha çox boşqablar üzərində işləmələr, zərgərlik işlərində isə boyunbağılar üstünlük təşkil edəcək. Kəlağayı və şərflər isə batikanı təmsil edəcək.
Qeyd edək ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin birgə təşəbbüsü olan "İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi" 2012-ci ilin oktyabr ayından etibarən tədris və sənətkarlıq mərkəzi kimi fəaliyyət göstərməkdədir.
Azərbaycanın zəngin ənənəvi incəsənət irsinin öyrənilməsinə və canlandırılmasına xidmət edən bu Mərkəz, həmçinin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətində rəhbər tutduğu "CANLI TARİX" konsepsiyasının həyata keçirilməsi çərçivəsində yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB