Nikolay Qoqolun əsəri əsasında "Evlənmə" tamaşasının premyerası olacaq. SİA-nın məlumatına görə, Aqafa Tixonovna rolunda xalq artisti Məleykə Əsədova, Fekla İvanovna rolunda xalq artisti Şükufə Yusupova iştirak edəcək. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, musiqi rəhbəri və dirijor əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovdur.
Qeyd edək ki, tamaşa 17 mart, saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında baş tutacaq. Biletlərin qiyməti isə 5, 10 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB