Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Xocalı faciəsinin 22-ci ildönümünə həsr olunan "Şəhid şəhər" adlı tədbir-sərgi təşkil olunub. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Bakı Dövlət Universitetinin tarix fakültəsinin müəllimi Boran Əziz, Azərbaycan Respublikası Milli Qəhrəmanı Ələsgər Novruzovun həyat yoldaşı, Xocalı sakini Şəkibə Novruzova, nəvəsi Səbinə Zamanova, Respublika Gənc Turizm və Diyarşünaslıq Mərkəzinin nümayəndələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunların, Hərbi Dəniz Qüvvələrin şəxsi heyəti, Xocalı sakinləri, media nümayəndələri və başqaları iştiak ediblər.
Tədbiri ilk olaraq Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi açaraq bütün Azərbaycan xalqına başsağlığı verib: "Bu gün bizim üçün çox ağır gündür. Yüzlərlə günahsız Xocalı sakinlərini itirmişik. Neçə-neçə ailələr tamamilə öldürülüb, uşaqlar valideyinsiz, xocalılar torpaqsız qalıblar. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Sərgidə ilk dəfə olaraq 2014-cü ildə muzeyə daxil olunmuş Xocalı faciəsini əks etdirən yeni eksponatlar- triptix "Boşalmış damarlar" (müəllif "Yarat" Müasir İncəsənət məkanının iştirakçısı Mehriban Şəmsəddinskaya), Xocalı faciəsini əks etdirən qrafika və rəsm əsərləri (müəlliflər rəssam Nazim Məmmədov və Elçin Nəsirov) Milli Qəhrəmanlar Hikmət Nəzərlinin, Füzuli Rüstəmovun, Ələsgər Novruzovun şəxsi əşyaları və digər eksponatlar tamaşaçılara təqdim olunub.
Qeyd edək ki, sonda sərgidə Xocalı faciəsini əks etdirən sənədli film nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB