Diaspor Jurnalistləri Birliyinin (DJB) Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində silsilə tədbirlərini davam etdirir. Birlikdən SİA-ya verilən xəbərə görə, DJB-ın Ukrayna üzrə nümayəndəliyinin rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin internet saytının baş redaktoru Qaraş Tağıyev Xocalı soyqırımı ilə bağlı film çəkib.
Filmin əsas süjet xəttini Moldova Ombudsmanı Aureliya Qriqoriunun Ermənistan Parlamentində Xocalı soyqırımı ilə bağlı ədalətli çağırışı, Xocalı həqiqətlərini səsləndirməsi və bunun nəticəsində Ermənistanda üzləşdiyi fəlakətlər, təhlükələr təşkil edir.
Xanım Aureliya filimdə ermənilərin nəinki təcavüzkar və mənfur, hətta qonağa və hüquq müdafiəçisinə kobud olduğunu və başına gələnləri göz yaşları ilə danışır.
Filmin əsas məqsədi erməni təcavüzkarlığının sərhədsizliyini, Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.
Yaxın günlərdə təqdimatı olacaq filmin mətni iki – rus və azərbaycan dillərində işlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB