Bu gün Bəstəkarlar İttifaqında Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Bakı Musiqi Akademiyasının profefessoru, musiqişünas-alim Aida Tağızadənin 80 illik yubileyi münasibətilə "XX Əsrin Azərbaycan Musiqisi" adlı elmi və publisistik məqalələr toplusunun təqdimatı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, əməkdar müəllim, professor Ülviyyə İmanova, Əməkdar İncəsənət xadimləri Zümrüd Dadaşzadə, Zemfira Qafarova, Həcər Babayeva, mədəniyyət nümayəndələri, media işçiləri və başqaları iştirak ediblər.
Tədbiri ilk olaraq Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə açaraq Aida Tağızadəni 80 illik yubileyi münasibətilə təbrik edib: "Aida xanımın Azərbaycan mədəniyyətinə xidməti danılmazdır. Onun Azərbaycan bəstəkarlarının yaradıcılığına həsr olunmuş kitab və broşürləri Azərbaycan musiqişünaslığına bir töhfədir. Bu sırada dövrümüzün görkəmli bəstəkarları C.Hacıyevin, Hacıbəyovlar ailəsinin nümayəndəsi Soltan Hacıbəyovun, müasir musiqi sənətinin görkəmli nümayəndəsi A.Əlizadənin yaradıcılıqlarına həsr olunmuş monoqrafiyalar parlaq nümunələrdir. A.Tağızadənin bir insan, alim, pedaqoq, maarifçi, ictimai xadim kimi fəaliyyəti bir sıra ciddi tədqiqat işlərinin obyekti ola bilər".
Daha sonra Əməkdar İncəsənət xadimləri Zümrüd Dadaşzadə, Zemfira Qafarova, Həcər Babayeva və digərləri çıxış edərək Aida Tağızadənin həyat və yaradıcılığı haqda ətraflı məlumat veriblər.
Qeyd edək ki, sonda zalda əyləşənlərə musiqi nömrələri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB