“Yunus İmrə: eşqin səsi” filminin qala-gecəsi keçiriləcək

“Yunus İmrə: eşqin səsi” filminin qala-gecəsi keçiriləcək

Türkiyədə ekranlaşdırılmış "Yunus Emrə: eşqin səsi" filminin qala-gecəsi keçiriləcək. SİA-nın məlumatına görə, filmin çəkilişi Yunus Emrənin məmləkəti olan Əskişəhərin - ötən il türk dünyasının mədəniyyət paytaxtının - "Qalıcı əsərlər" layihəsi çərçivəsində reallaşdırılıb.
Ekran əsəri yüzillikləri aşan fikirləri ilə tarixin önəmli mütəfəkkiri kimi qəbul edilən, humanizm carçısı, Allaha sevgisini, eşq və əxlaqla bağlı fikirlərini paylaşan, Türkiyə Anadolusunun ən böyük övliyalarından biri, ilahi eşq yolunda özünü axtaran, səkkiz əsr əvvəl yüksələn mənəviyyat memarı Yunus İmrənin həyatından bəhs edir.
Üç il müddətinə çəkilən bu film Anadolunun dörd mövsümünün rənglərini əks etdirir.
Bir çox məşhurların iştirak etdikləri filmin rejissoru Kürşat Kızbazdır.

Nəzərinizə çatdıraq ki, Yunus Emrə obrazını əvvəllər tarixi şəxsiyyətlərin obrazını yaratmış Devrim Evin canlandırıb. Filmdə, həmçinin Burak Sergen, Altan Erkekli, Altan Gördüm, Əhməd Mekin iştirak ediblər.
Qala-gecədə filmin ssenari müəllifi və rejissoru Kürşat Kızbaz, aktyorlar Devrin Evin, Altan Gördüm, Türkiyənin ölkəmizdəki səfirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları da iştirak edəcəklər.

Qeyd edək ki, qala gecəsi fevralın 13-ü saat 19:00-da Nizami Kino Mərkəzində baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə