Əbülfəs Qarayev bir sıra dövlətlərin ölkəmizdəki səfirlərini qəbul edib FOTOLAR

Əbülfəs Qarayev bir sıra dövlətlərin ölkəmizdəki səfirlərini qəbul edib FOTOLAR

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kuba Respublikasının Azərbaycandakı Səfiri Omar Medina Quintero, Niderland Krallığının Azərbaycandakı Səfiri Robbert Qabriyelsen və Türkmənistan Respublikasının Azərbaycandakı Səfiri Toylı Komekov ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, görüşlərdə Azərbaycan ilə Kuba, Niderland və Türkmənistan arasında qarşılıqlı əməkdaşlıq perspektivləri, mədəniyyət və turizm sahəsində mövcud əlaqələrin daha da genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb.

Qeyd edək ki, səfirlər ölkəmizlə əməkdaşlığın uğurla davam etdirildiyini vurğulamış və Azərbaycanla sözügedən ölkələr arasındakı əməkdaşlığın hazırkı inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə