Bu günün tarixi

Miladi: 03 fevral 2014
Hicri: 3 rəbiul axir 1435

İlin 34-cü günü
İlin sonuna 331 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:37
Günəş – 07:49
Zöhr – 12:58
Əsr – 16:01
Məğrib – 18:14
İşa – 19:32

1468 — Kitab çapının müəllifi İohan Qutenberq vəfat edib.

1488 — Portuqal səyyah Bartolomeu Dias Afrika qitəsinin ən cənub nöqtəsi olan Ümid Burnuna çatıb.

1690 — Amerikada kağız pullar tətbiq edilməyə başlanıb.

1815 — İsveçrədə dünyada ilk pendir zavodu qurulub.

1916 — Böyük Britaniyada məcburi hərbi xidmət sistemi tətbiq edilib.

1917 — Sərnişin gəmisinin vurulmasından sonra ABŞ Almaniya ilə diplomatik münasibətləri kəsib.

1924 — Bakıda tramvay nəqliyyatı işə salınıb.

1926 — Azərbaycan SSR-in sənayeləşdirilməsi üzrə komissiya təşkil edilib.

1958 — Belçika, Niderland və Lüksemburq "Benelüks" qurumunu təşkil edib.

1966 — SSRİ-nin "Luna 9" kosmik aparatı Ay səthinə uğurlu eniş edib.

1969 — Yasir Ərəfat Fələstin Azadlıq Təşkilatının rəhbəri seçilib.

1973 — Vyetnamda atəşkəs əldə edilmişdir.

1979 — Fransadan qayıdan imam Xomeyninin müvəqqəti hökuməti qurub.

1982 — SSRİ modeli "Mi-26" helikopteri 57 ton yükü 2000 metr yüksəkliyə qaldırıb. Bu rekord hələ təzələnməyib.

1994 —Rusiya və Gürcüstan arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə