Xanım Qafarova: "Sol ayağım məni çox narahat edir"

Xanım Qafarova: "Sol ayağım məni çox narahat edir"

Əməkdar artist Xanım Qafarovanın Türkiyəyə müayinə olunmaq üçün gedəcəyi tarix dəyişib. Bu haqda SİA-ya aktrisanın özü məlumat verib: "Əslində Türkiyəyə yanvar ayının 27-si getməli idim. Ancaq həkimim orada olmadığına görə, tarix fevralın 3-ə dəyişdi. Müalicəmi davam etdirməliyəm. Belə ki, müalicəm üçün istifadə olunan aparatla bütün bədənimi eyni vaxtda şüa vermək olmaz. Şükürlər olsun ki, hazırda özümü yaxşı hiss edirəm. Ağrılarım azalıb. Sadəcə sol ayağım məni çox narahat edir. Türkiyədən qayıtdıqdan sonra İnşallah ayağımın ağrıları da dayanar. Mənim müalicə olunmağıma göstərdiyi əvəzsiz köməyinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Dövlətimiz tez-tez mənim səhhətimlə maraqlanır. Onu da deyim ki, İnşallah Bakıya qayıtdıqdan sonra yenidən işlərimin başında olacam. Tamaşalarımın məşqlərinə başlayacam. Keçən dəfə də müalicəmdən sonra teatrımızın məşqlərinə qatılmışdım. Bildiyiniz kimi, mart ayında Musiqili teatrımız açılacaq. Onu da deyim ki, tamaşaçılar yenidən məni teatr səhnəsində görəcəklər".

Nəzərinizə çatdıraq ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva süd vəzisi xərçəngindən əziyyət çəkən əməkdar artist Xanım Qafarovanın müalicəsini öz üzərinə götürüb.

Qeyd edək ki, əməkdar artist Xanım Qafarova süd vəzisinin xərçəngindən 2009, 2011 və 2013-cü illərdə əməliyyat keçirib. Əməliyyatdan sonra süd vəzilərindən məhrum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə