Mirzə Şəfi Vazehin 220 illik yubileyi qeyd olunacaq

Mirzə Şəfi Vazehin 220 illik yubileyi qeyd olunacaq

Görkəmli Azərbaycan şair-mütəfəkkiri, maarifçisi Mirzə Şəfi Vazehin 220 illik yubileyi münasibətilə Gəncə Şəhər İcra Hakimiyyəti, Dünya Elm və Mədəniyyət Akademiyası və mərkəzi Almaniyada yerləşən Avropa Elm və Mədəniyyət Akademiyasında bir sıra tədbirlər keçiriləcək. SİA-nın məlumatına görə, M.Ş.Vazehin 220 illik yubileyinin həm Azərbaycanda, həm də Avropada keçirilməsinə dair AYB-ə məlumatlar daxil olub.

Qeyd edək ki, şairin əsərlərinin alman dilinə ilk tərcüməçisi Fridrix Bodenstedtə məxsus 1873-cü ildən 1878-ci ilədək və 1924-cü ilə aid olan çoxlu sayda orijinal kitab və 1876-cı ildə Almaniyada nəşr olunan qəzet məqalələri və digər çoxlu sayda materiallar üzə çıxarılıb. Bu materialların bir hissəsinin alman dilindən Azərbaycan dilinə tərcümə olunması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə