Xalq artisti Arif Quliyevin səhhəti yenidən pisləşib. Bu haqda SİA-ya danışan xalq artisti müalicə olunduğunu bildirib: "Hazırda özümü normal hiss edirəm. Amma onu deyim ki, ev şəraitində müalicə olunuram. Hələlik, efirlərdən uzaq düşmüşəm. Çünki yaddaşım zəifləyib, yola çıxmaq mənim üçün təhlükəlidir. Beyin damarlarım sıxılır və qan yaxşı işləmir. Tez-tez başım ağrıyır. Yuxusuzluqdan əziyyət çəkirəm. Müalicəmin bitməsini gözləyirəm. İnşallah, sağalandan sonra tamaşaçılar məni yenidən efirlərdə, tamaşalarda görəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB