Əməkdar artist: "Bir çoxları qarşımı kəsdi"

Əməkdar artist: "Bir çoxları qarşımı kəsdi"

Azərbaycanın əməkdar artisti Nahidə Orucova yolunu kəsən insanlardan danışıb. SİA-ya açıqlama verən aktrisa belə insanları aciz adlandırıb: "Mən bu sənətə gələndə bir çox karifeylərimizdən dərs almışam. Onların məsləhətləri ilə gəlib bu yerlərə çatmışam. İlk əvvəl aktrisalıq sənətinə gələndə bir çoxları qarşımı kəsdi. Mane olmaq istədilər. Lakin sonunda bacara bilmədilər. Bu onların acizliyinin göstəricisidir. Ancaq mən çalışıram ki, bu sənəti seçənlərə kömək olum. Aktyorluq sənətinin sirlərini öyrədim. Axı mən bunları görüb-götürmüşəm. Kobudluq etmək, sənətdən uzaqlaşdırmağın mənə pislikdən başqa heç nə verməyəcəyini yaxşı anlayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə