Azərbaycan İslam mədəni strategiyasının icrası üzrə Məşvərətçi Şuraya üzv seçilib

Azərbaycan İslam mədəni strategiyasının icrası üzrə Məşvərətçi Şuraya üzv seçilib

21-23 yanvar 2014-cü il tarixində 2013-cü ilin mədəniyyət paytaxtı seçilmiş Səudiyyə Ərəbistanın Mədinə şəhərində İSESKO-nun təşkilatçılığı ilə Mədəniyyət Nazirlərinin 8-ci İslam Konfransı keçirilir. SİA-nın məlumatına görə, konfransda ölkəmizi Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Konfrans çərçivəsində Dialoqun və Sulhün İnkişafı naminə İslam Dünyasında Mədəni Hüquqların İnkişafı mövzusunda Mədəniyyət Nazirlərinin dəyirmi masası keçirilib, bundan əlavə İslam Dünyasının Mədəniyyət Strategiyasının üzv ölkələr tərəfindən tədbiq edilməsinə dair ölkə nümayəndələri və Baş Direktorun hesabatı dinlənilib.

Qeyd edək ki, konfransda Azərbaycan İslam mədəni strategiyasının icrası üzrə Məşvərətçi Şuraya üzv seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə