Bu günün tarixi

Miladi: 23 yanvar 2014
Hicri: 22 rəbiul əvvəl 1435

İlin 23-cü günü
İlin sonuna 342 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:44
Günəş – 07:57
Zöhr – 12:56
Əsr – 15:50
Məğrib – 18:02
İşa – 19:22

98 — Trayan Roma imperatorluğuna rəhbərliyi ələ alıb.

1556 — Çində baş vermiş zəlzələ 850 mindən çox insanın həyatına son qoyub.

1792 — Qənd və kofe qıtlığı Fransa paytaxtında kütləvi iğtişaşlarla nəticələnib.

1832 — Fransız impressionist rəssamı Eduard Mane anadan olub.

1849 — Amerikalı həkim Elizabet Blakvel Qərb Yarımkürəsində doktorluq müdafiə etmiş ilk qadın kimi tarixə düşüb.

1912 — Haaqada "Beynəlxalq opium Konvensiyası" imzalanıb. Bu, narkotik maddələrin istifadəsini tənzimləyən ilk sənəd olub.

1920 — Rusiyanın xarici işlər naziri G.V. Çiçerin ikinci notasında yenidən Azərbaycanı RSFSR-ilə əməkdaşlığa dəvət edir və yazırdı: "Biz həmişə bir səma altında, bir yerdə yaşamışıq və yenə də bir yerdə yaşamalıyıq". Fətəli xan Xoyski fevralın 1-də Çiçerinə Azərbaycan hökumətinin rəsmi fikrini bildirib və onun təklifini rədd edib.

1922 — Torontoda şəkər xəstələrinə insulin kütləvi şəkildə tətbiq edilməyə başlanıb.

1944 — Aktrisa Rutger Hauer anadan olub.

1946 — Rus oliqarx Boris Berezovski anadan olub.

1950 — Knesset (İsrail parlamenti) Tel Əvivi İsrailin paytaxtı elan edib.

1960 — "Triest" batiskafı dünyanın ən dərin nöqtəsinə enib. O dövrün nəticələrinə görə dərinlik 11 020 metr olub.

1963 — Aktrisa Qeyli Oqreydi anadan olub.

1963 — Aktyor Toni Potts anadan olub.

1964 — Aktrisa Marişka Harqitey anadan olub.

1978 — Fransada kilsə ölüm hökmünün ləğvinə razılıq verib.

1989 — Rəssam Salvador Dali vəfat edib.

1990 — 41 il əvvəl Macarıstana girən Sovet Ordusu ölkəni tərk edib.

1992 — ABŞ Azərbaycanın müstəqilliyini tanıyıb.

2005 — Viktor Yuşenko Ukrayna prezidenti seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə