Kamal Abdullanın "Hamı səni sevənlər burdadı" pyesi əsasında hazırlanmış "Şah və Şair", yaxud "Hamı səni sevənlər burdadı" adlı yeni tamaşası nümayiş olunacaq. Akademik Milli Dram Teatrından SİA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, quruluşçu rəssamı Mustafa Mustafayev, neon effektləri üzrə rəssamı Fərid Ələkbərov, işıq üzrə rəssamı Rafael Həsənovdur. Janrı iki hissəli xəyali oyun kimi təyin olunmuş tamaşada rolları əməkdar artistlər Vidadi, Elşən Rüstəmov, Ayşad Məmmədov, aktyorlar Hikmət Rəhimov, İlahə Həsənova, Oktay Mehdiyev, Vüsal Mustafayev ifa edirlər.
Qeyd edək ki, tamaşa 11 və 26 yanvar saat 19:00-da Akademik Milli Dram Teatrında baş tutacaq. Biletlərin qiyməti isə 6-10 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB