Martın 22-də xalq artisti Lütfəli Abdullayevin anadan olmasının 100 ili tamam olacaq. SİA-nın məlumatına görə, bu münasibətlə Azərbaycan Teatr Xadimləri İttifaqı (ATXİ) tərəfindən tədbir təşkil ediləcək.
Nəzərinizə çatdıraq ki, Azərbaycan Dövlət Musiqili Teatrının yaradıcılarından olan Lütfəli Abdullayevə həsr olunan tədbirdə ölməz sənətkarın həyat yolu və yaradıcılıq axtarışlarından, teatr və kino sahəsində fəaliyyətindən söhbət açılacaq, mədəniyyətimizə bəxş etdiyi ölməz sənət incilərindən danışılacaq.
Qeyd edək ki, Lütfəli Abdullayev 1914-cü il 22 martda Nuxa şəhərində doğulub. Oradakı yeddillik məktəbi bitirib. Bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və tərcümə olunmuş, təbdil edilmiş vodevillərdə oynayıb. Xalqın bütün zümrələrinin sevimli aktyorlarından olan Lütfəli Abdullayev 9 dekabr 1973-cü ildə Bakıda vəfat edib. Məzarı ikinci Fəxri Xiyabandadır. Bakıda adına küçə var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB