Nazir: “Yeni islahatlara ehtiyac var”

Nazir: “Yeni islahatlara ehtiyac var”

"Müasir dövrdə həm mədəniyyət, həm də turizm sahəsində yeni islahatlara ehtiyac var". SİA-nın məlumatına görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni islahatlara müasirləşmə, yeniləşmə daxildir ki, nazirlik bu sahə üzrə işlərini davam etdirir: "Azərbaycanın mədəniyyət və turizm sahəsində yeni islahatlara içərisinə müasirləşmə və müasir informasiya texnologiyalarının tətbiqi daxildir. Hazırda nazirlik tərəfindən bununla bağlı müəyyən işlər aparılır. Biz sevinirik ki, bu cür islahatlar kitabxana həmçinin də turizm sahəsində həyata keçirilir. Bu işlər bundan sonra da davam etdiriləcək".

Açıqlaması zamanı Ə. Qarayev mədəni tədbirlərin həyata keçirilməsində mətbuat nümayəndələrinə minnətdarlığını da bildirib: "Bütün mətbuat nümayəndələrinə təşəkkürümü bildirirəm. Çünki, sizin sayənizdə bizim tədbirlərimizi geniş auditoriyalara təqdim edilib. Ümid edirəm ki, bundan sonra da mədəniyyət və turizm nazirliyinin fəaliyyətinə diqqət edəcək, əməkdaşlığımızı davam etdirəcəksiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə