“Şeb-i Arus” gecəsi

Azərbaycanda Konyanın Türk Təsəvvüf Musiqi qrupunun Həzrət Mövlananın 740 illiyinə və Seyid Yəhya Bakuvinin 550 illiyinə həsr edilmiş "Səma Göstərisi" və təsəvvüf musiqi konserti baş tutub. SİA-nın məlumatına görə, "Şeb-i Arus" adı altında keçirilən tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin, Bakı Yunus Emre Türk Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun və Qadınların "Lider" İctimai Birliyinin dəstəyi ilə təşkil olunub.

"Şeb-i Arus" gecəsində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun, Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslan, səfirliyin digər doplamatları və Azərbaycanın bir çox ictimai xadimlər iştirak ediblər.

Tədbiri açıq elan edən Mədəniyyət və Tanıtma müşaviri Seyit Ahmet Arslan bildirib ki, Konyanın Türk Təsəvvüf Musiqi qrupunun Həzrət Mövlananın 740 illiyinə və Seyid Yəhya Bakuvinin 550 illiyinə həsr edilmiş "Səma Göstərisi" və təsəvvüf musiqi konsertinə, Azərbaycan tamaşaçılarının marağının böyük olması eyni zamanda konsert zalında bir tək belə boş yerlərin qalmaması sevindirici hal olduğunu vurğulayıb: "Həzrət Mövlananın 740 illiyinə və Seyid Yəhya Bakuvinin 550 illiyinə həsr edilmiş gecəmiz, Azərbaycanlı qardaşlarımızı çox sevindirdi. Biz Konyanın Türk Təsavvüf qrupunun, Bakı gətirərək, Mövlana sevən tamaşaçıları sevindirdiksə nə xoş bizlərə".

Daha sonra səfir İsmayıl Alper Coşkunda çıxış edərək Konyanın Türk Təsəvvüf Musiqi qrupunun "Səma Göstərisi" və təsəvvüf musiqi konsertində iştrak edən hərkəsi salamlayıb.

Konyanın Türk Təsəvvüf Musiqi qrupunun "Səma Göstərisi" və təsəvvüf musiqi konserti sona qədər, Azərbaycan tamaşaçılarının böyük marağına səbəb olub və alqışlarla qarşılanıb.

Məlumat üçün bildirək ki, "Şeb-i Arus" tədbirinin informasiya dəstəyi TRT və Atv kanalları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə